Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:56

İqbal Ağazadənin 165 min manatına görə məhkəmə başladı


İ.Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadənin pulunu alıb qaytarmamağa görə Sərməs Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Sabiq deputatın 165 min manatına görə həbs olunan S.Tağıyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində S.Tağıyevin mühakiməsi başlayıb. Bu işi Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Məhkəmədə hakim deyib ki, İ.Ağazadə bu iş üzrə zərərçəkmişdir. Onunla telefon vasitəsilə əlaqə saxlayıb məhkəməyə çağırsalar da, gəlməyib. Xahiş edib ki, onun iştirakı olmadan işə baxılsın, mümkün qədər təqsirləndirilən şəxsə kömək edilsin.

Amma hakim növbəti məhkəmə iclaslarında İ.Ağazadənin məhkəməyə çağrılacağını bildirib.

Məhkəmə baxışı fevralın 25-nə təyin edilib.

S.Tağıyevin mənzil alqı-satqısıyla məşğul olduğu, sabiq deputatı da ev satmaq adıyla aldatdığı iddia olunur.

S.Tağıyev bundan öncə də dələduzluqda suçlanaraq məhkum edilib. O, Bayram Hüseynovdan oğlu üçün İpoteka Fondundan 70 min manat kredit götürməyə kömək edəcəyinə söz verərək, 4 min manat pul alıb aldatmaqda təqsirli bilinib. İbrahim Cəbiyevə isə İpoteka Fondundan 50 min manat kredit götürülməsinə kömək vəd edib. Ondan 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il həbs cəzası alıb. Apellyasiya məhkəməsi bu cəzanı şərti hesab edərək onu azadlığa buraxıb.

Multimedia

XS
SM
MD
LG