Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:21

Nazir milyonların dövriyyədən yayındırıldığını deyir


M.Cabbarov

Ötən il iri topdan satış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib.

AZƏRTAC-ın xəbərinə görə, bunu fevralın 18-də vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən «Vergilər. Şəffaflıq. İnkişaf» adlı forumda deyib.

«2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz olaraq qalır. Bu, ilk növbədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdir. Vergi orqanlarının keçən il iri topdan satış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir», - nazir bildirib.

Multimedia

XS
SM
MD
LG