Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:43

Müsbət saldo 27 faiz azalıb


İxrac

Bu ilin yanvarında Azərbaycan xarici ölkələrlə 2 mlrd. 302.36 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin saytında yer alır.

Həmin məlumatların müqayisəsindən belə çıxır ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artıqdır.

Ötən ay ticarət dövriyyəsinin 1 mlrd. 279.64 mln. dolları ixracın, 1 mlrd. 22.72 mln. dolları idxalın payına düşüb.

Beləliklə xarici ticarətdə 256.92 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 27 faizə yaxın azdır. 2018-ci ilin yanvarında xarici ticarətdə 350.09 mln. dollarlıq müsbət saldo yaranmışdı.

Müsbət saldonun azalması o deməkdir ki, ölkəyə gələn vəsaitlə gedən vəsaitdən qalan karın miqdarı azalıb.

Multimedia

XS
SM
MD
LG