Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Belarusa silah embarqosu uzadıldı 


Belarus- AB danışıqları, iyul, 2018-ci il
Belarus- AB danışıqları, iyul, 2018-ci il

Fevralın 20-də Avropa Birliyinin səfirləri Belarusa silah embarqosunu və dörd belarusluya sanksiyaları daha bir il uzadıblar.

2011-ci ildən bəri tətbiq olunmuş embarqo hər il uzadılır və heç bir güzəşt nəzərdə tutmur.

***

AB-nin Belarusa silah embarqosunu uzadacağı bildirilir

Avropa Birliyi (AB) rəsmilər Belarusa qarşı qurumun silah embarqosunu daha bir il uzatmağa razılaşıblar. Bunu danışıqlardan xəbərdar mənbə fevralın 15-də anonimlik şərtilə AzadlıqRadiosu-na deyib.

Macarıstan çalışırdı ki, embarqonun uzadılmasını Belarus Tərəfdaşlıq Prioritetlərinin tezliklə qəbuluyla əlaqələndirsin. Bu sənəd AB-nin Minsklə gələcək münasibətlərinin planından ibarətdir. Sənədə əhali arasında kontaktlar, ətraf mühit, iqtisadi əməkdaşlıq, insan haqları məsələləri daxildir və iki ildir danışıqlar predmetidir.

MACARISTAN NƏLƏRƏ NAİL OLUB

Tərəfdaşlıq Prioritetləri sənədi 2018-ci ildə imzalanmağa yaxınıydı. Amma onda Litva israr elədi ki, bir sıra tədbirlər, o cümlədən Rusiyanın Belarusda, Litvanın paytaxtı Vilnüsün 50 kilometrliyində tikdiyi Astravyets nüvə enerjisi zavoduyla bağlı məsələlər də sənədə salınsın.

AB-nin qalan 27 üzvünün təzyiqi altında Budapeşt tələbindən əl çəkməli oldu. Amma Belarusun oktyabrda Şərq Tərəfdaşlığı çərçivəsində “yüksək səviyyəli tədbirə” ev sahibliyi etməsi üzrə razılaşma əldə olunub.

Şərq Tərəfdaşlığı proqramının hədəfi Belarus və daha beş keçmiş sovet respublikasını AB-yə yaxınlaşdırmaqdır, amma bu heç də birliyə üzvlük vəd eləmir.

2011-ci ildən tətbiq olunan silah embarqosunun müddəti hər il uzadılır. Onun gələn həftə səsverməyə çıxarılacağı gözlənir. Son tarix fevralın 28-dir.

Silah embarqosu ilə yanaşı dörd nəfərə viza qadağaları və aktivlərin dondurulması məsələsinə də baxılacaq. Həmin şəxslər 1999-2000-ci illərdə dörd belaruslunun yoxa çıxmasında əli olmaqda suçlanır.

Son iki ildə Macarıstan bəzi idman silahlarının embarqo siyahısından çıxarılmasına nail olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG