Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:17

Nazir tələbələrə kreditdən danışdı


C.Bayramov

«2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək».

Azərbaycan təhsil naziri Ceyhun Bayramov bunu Azərbaycan Dövlət Televiziyasına bildirib.

C.Bayramov deyib ki, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər hazırda da davam etdirilir: «Bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi gələcəyə hədəflənməli, bu sahədə işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası yaradılmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsaslanılmalıdır».

C.Bayaramov bu məsələdə hər zaman dövlətin dəstəyinə ehtiyac olduğunu söyləyib.

Nazir tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrupun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə iş apardığını və yekun layihənin yaxın zamanlarda hökumətə təqdim olunacağına ümid etdiyini söyləyib.

Xatırlatma

Aztəminatlı tələbələrin kredit götürə bilməsi ilə bağlı 2015-cı ildə «Maarifçi» Tələbə Kredit Fondu təsis olunub. Ölkənin 10 aparıcı universiteti bu fondun təsisçisi idi. Amma verilən məlumatlara görə, bu fond indiyə qədər yalnız 200-dən bir qədər çox təhsil krediti müqaviləsi imzalayıb

Bu Fondan kredit almaq istəyən tələbələr Azərbaycan vətəndaşı olmalı, uyğun təsisçi universitetlərin birində təhsil almalı və maliyyə yardımına ehtiyac duymalıdır. Bundan əvvəl bu kreditlərin maksimum 8 faizlə verildiyi açıqlanmışdı.

Multimedia

XS
SM
MD
LG