Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 14:52

Sibirdə yaşayış binası partlayıb, 2 nəfər ölüb


Şaxti şəhərindəki partlayışdan sonra, arxiv fotosu

Sibirin Krasnoyarsk şəhərində partlayış nəticəsində yaşayış binasının bir hissəsi dağılıb. Yerli rəsmilər iki nəfərin həlak olduğunu deyirlər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk şöbəsinin fevralın 15-də bildirməsinə görə, insidentə ötən axşam təbii qaz sızması səbəb olub. Üçmərtəbəli binada altı mənzil dağılıb.

Son həftələr Rusiyada azı iki oxşar hadisə baş verib.

Yanvarın 13-də cənubdakı Rostov regionunun Şaxti şəhərində təbii qaz sızması yaşayış binasının bir hissəsini dağıdıb, beş nəfər həlak olub.

Dekabrın 31-də isə Maqnitoqorsk şəhərindəki partlayışda 39 nəfər ölüb. Rəsmilər həmin hadisəyə də qazsızmanın səbəb olduğunu deyiblər. Amma İslam Dövləti terrorçu qrupu insidentə görə məsuliyyəti üzərinə götürüb.

XS
SM
MD
LG