Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:06

Trump-ın səhhəti köklüyünə baxmayaraq ‘çox yaxşıdır’


Donald Trump Texasda çıxış edir

ABŞ Prezidenti Donald Trump-ın çəkisi son bir ildə artıb və hazırda rəsmən “dolu bədənli” sayılır, amma “səhhəti ümumilikdə çox yaxşıdır”. Bunu prezidentin həkimi onu tibbi müayinədən keçirdikdən sonra açıqlayıb.

Ağ evin fevralın 14-də bildirməsinə görə, Trump-ın Bədən Kütlə İndeksi (BMI) 30,4-dür. Onun çəkisi 110,22 kiloqram, boyu 190 santimetrdir.

Bir il öncə prezident 108,4 kilo gəlirdi.

BMI 30 olanda artıq kök sayılırsan. Bir çox araşdırmalar amerikalıların 40 faizə qədərinin dolubədənli olduğunu bildirir.

Amma Trump-ın həkimi 72 yaşlı prezidentin sağlıq durumunun yaxşı olduğunu bildirir.

Trump spirtli içki içmir, siqaret çəkmir. Ancaq onun ayaqüstü yeməkləri xoşladığı, idmanla məşğul olmağı sevmədiyi bildirilir. Ən çox sevdiyi məşğuliyyət qolfdur.

Prezidentin nəbzi dəqiqədə 70, qan təzyiqi 118/80-dir və bu göstəricilər normal sayılır.

XS
SM
MD
LG