Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:23

Əmək pensiyasının minimum məbləği artırılır


Artım pensiyaçıları qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Artım pensiyaçıları qane edirmi?

«Əmək pensiyasının minimum məbləği martın 1-dən artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq».

«Report» xəbər verir ki, bunu bu gün, fevralın 14-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub: «Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək».

Nazir deyib ki, 160 manatdan çox pensiya alan şəxslərin pensiyasında 3 faiz artım olacaq.

Xatırlatma

Bu il fevralın 8-də prezident İlham Əliyev minimum əməkhaqqıların artırılması ilə bağlı sərəncam verib. Həmin sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılıb.

2017-ci ildə Azərbaycanda pensiyaya yaşı artırılıb. Pensiyaya çıxmaq həddi həm qadınlarda, həm də kişilərdə 65 yaş müəyyən edilib. Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi. Lakin bu müddət mərhələli şəkildə uzadılır. Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır. Təkcə bircə ildə, yəni 2018-ci ildə pensiyaçıların sayı 20.9 min nəfər azalaraq 1 milyon 320.4 mindən 1 milyon 299.5 minə düşüb.

Prezident İ.Əliyev fevralın 7-də isə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir. Buna uyğun pensiyalar bu ildən 3 faiz artır.

Multimedia

XS
SM
MD
LG