Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:48

Azyaşlıların etirazlarda iştirakıyla bağlı ilk ittiham irəli sürülüb


Moskvada etiraz zamanı 14 yaşlı oğlan saxlanır
Moskvada etiraz zamanı 14 yaşlı oğlan saxlanır

Rusiya hökuməti azyaşlıların etiraz aksiyalarına cəlbinə görə həbs cəzası nəzərdə tutan yeni qanunvericilik çərçivəsində ilk rəsmi ittiham sürüb. Bunu nümayişlərə görə dövlətin təzyiqilə üzləşənlərə hüquqi yardım göstərən QHT deyir.

“Azyaşlıların (yaşı 18-dən az olanların) icazəsiz ictimai toplantılara cəlbi” ittihamı Kalininqrad şəhərində irəli sürülüb. “Etiraz Üzrxahlığı” adlı təşkilat bu haqda fevralın 12-də Telegram-da məlumat yayıb.

Müxalif siyasətçi Aleksei Navalny-nin Kalininqraddakı tərəfdarı Ivan Luzin iki yeniyetməni fevralın 7-də keçirilmiş yürüşə gətirməkdə suçlanır. Həmin yeniyetmələr 2002 və 2003-cü illərdə doğulublar.

Aleksei Navalny Sankt Peterburqda bələdiyyə seçkilərinə qatılmaq istəyir
Aleksei Navalny Sankt Peterburqda bələdiyyə seçkilərinə qatılmaq istəyir

Prezident Vladimir Putin sözügedən qanunu dekabrın sonunda imzalayıb. Qanunda azyaşlıların icazəsiz etirazlarda, yürüşlərdə, nümayişlərdə cəlbinə görə administrativ cəza nəzərdə tutulur.

Yaşı 18-dən az olanların qatıldığı icazəsiz ictimai toplantıların təşkilatçılarını 15 sutkayadək həbs, icbari xidmət, 50 min rubladək (760 dollar) cərimə gözləyir.

Son bir neçə ildə Rusiyada keçirilən anti-hökumət etirazlarına minlərlə yeniyetmə qatılıb. Həmin etirazları 42 yaşlı Navalny təşkil edib.

Kalininqradda keçirilən etirazda isə Luzin və iki gənc qadın saxlanma zamanı işgəncəyə məruz qaldıqlarını iddia edən iki fəala dəstək plakatı qaldırmışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG