Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Rusiya ABŞ-a Venesuela ilə bağlı xəbərdarlıq edir


Müxalifət lideri Juan Guaido yürüşdə, 12 fevral, 2019-cu il
Müxalifət lideri Juan Guaido yürüşdə, 12 fevral, 2019-cu il

Rusiyanın xarici işlər naziri Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Venesuelanın daxili işlərinə qarışmasın.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Sergei Lavrov fevralın 12-də ABŞ Dövlət katibi Mike Pompeo ilə telefon söhbətində bu xəbərdarlığı edib.

Dövlət Departamenti isə belə bir zəngin olunduğunu hələlik, təsdiqləməyib.

Lavrov Pompeoya deyib ki, Rusiya Venesuela barədə konsultasiyaya hazırdır, nazirlik bildirir.

“Bu ölkənin hökumətilə çox vacib kontaktlarımız var və durumdan çıxış yolu tapılması prosesini asanlaşdırmaqdan ötrü istənilən xidməti göstərməyə hazırıq”, – Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov TASS xəbər agentliyinə deyib.

Onun sözlərinə görə, Rusiya Venesuelaya böhranını həll etmək üçün bəzi təkliflər də verib.

Sergei Lavrov (solda) və Mike Pompeo
Sergei Lavrov (solda) və Mike Pompeo

RUSİYA SANKSİYALARDAN DA NARAHATDIR

Moskva son illər Venesuela lideri Nicholas Maduro hökumətinə milyardlarla dollarlıq yardım ayırıb.

Vaşinqton isə müxalifət lideri Juan Guaido-nu tanıyıb, digər ölkələrin də onu qanuni lider kimi tanıması üçün kampaniya aparıb.

XİN bildirir ki, Lavrov Birləşmiş Ştatların Rusiyaya sanksiyaları sərtləşdirmək planlarını da tənqid edib. Söhbət keçmiş casus Sergei Skripal-ın İngiltərədə zəhərlənməsinə görə qoyulan sanksiyalardan gedir. Lavrov yeni sanksiyaların ikitərəfli münasibətlərə ziyan vuracağını bildirib.

“The Financial Times” fevralın 12-də yazıb ki, ABŞ və Avropa Birliyi Skripal işinə görə Rusiyaya birgə sanksiya üzrə razılaşmaya yaxındırlar. Bu sanksiya həm də Rusiyanın Kerç boğazında ukraynalı dənizçiləri saxlamasına görə Moskvanın cəzalandırılması məqsədi güdür.

Dünən – fevralın 12-də müxalifət tərəfdarları küçələrə çıxaraq Madurodan humanitar yardımı Venesuelaya buraxmasını tələb ediblər.

Bu arada ABŞ çalışır ki, BMT Təhlükəsizlik Şurası Venesuelada azad, ədalətli və etibarlı prezident seçki keçirilməsinə çağırsın. Amma diplomatların sözlərinə görə, Rusiya buna qarşı qətnamə layihəsi irəli sürüb.

Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzia ABŞ-ın hazırladığı qətnamə layihəsini “tamamilə balanssız” adlandırıb. Rusiyanın qətnamə layihəsi səsverməyə çıxarılacaqmı? Səfir “bunu hələ müzakirə edirik” söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG