Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:51

Bu il 300 subartezian qazılmalıdır


Su

Prezident İlham Əliyev fevralın 12-də əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

President.az saytı sərəncamın mətnini yayıb.

Dövlət başçısının sərəncamı ilə 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsi və qazılmasından ötrü «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinə 21 milyon manat vəsait ayrılıb.

Bu subartezian quyuları əhalisi 736 min nəfərə yaxın olan 254 yaşayış məntəqəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və içməli suya tələbatının ödənilməsinə xidmət etməlidir.

Multimedia

XS
SM
MD
LG