Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Mart, bazar, Bakı vaxtı 04:55

Yanğınlarla bağlı statistika açıqlanıb


Yanğın

2018-ci ildə ölkədə 2210 yanğın hadisəsi qeydə alınıb. Bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, fevralın 12-də yaydığı məlumatında bildirilir.

Məlumatda habelə qeyd edilir ki, yanğınlar nəticəsində 83 nəfər (13 uşaq) həlak olub: «484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15.8 milyon manat məbləğində maddi ziyan vurulub».

Hesabat dövründə qeydə alınmış yanğınların 890-nın elektrik avadanlıqların quraşdırılması, istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sının isə odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı) səbəbindən baş verdiyi bildirilir.

Yanğınların 70.7 faizi yaşayış, 5.8 faizi sosial-məişət, mədəniyyət təyinatlı binalarda, 2.2 faizi istehsal obyektlərində, 0.5 faizi anbar və bazalarda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG