Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:52

Azərbaycanda yeni velosiped ixtira ediblər


Velosiped. Foto arxiv

Azərbaycan alimləri yeni tam ötürməli velosiped ixtira ediblər.

Bu barədə bu gün, fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.

Məlumatda bildirilir ki, Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və «Azalternativenerji» MMC-nin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Avrasiya Patent Təşkilatı yeni ixtiranı tanıyıb və müəlliflərə 030801 seriya nömrəli şəhadətnamə verib.

«Alimlərin hazırladıqları ikitəkərli tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir…Həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər», - açıqlamada vurğulanır.

Multimedia

XS
SM
MD
LG