Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Aprel, şənbə, Bakı vaxtı 14:36

Pentaqonun rəis əvəzi Bağdaddadır


Patrick Shanahan (ortada) Əfqanıstanda toplantı keçirir

Birləşmiş Ştatların Müdafiə naziri vəzifəsini icra edən Patrick Shanahan Bağdada gedib. O, amerikalı hərbi komandirlər və İraq rəsmiləri ilə qonşu Suriyadan ABŞ əsgərləri çıxarılandan sonra hərbçilərin bu ölkədəki fəaliyyətini müzakirə edəcək.

Shanahan İraqa fevralın 12-də Əfqanıstandan gedib. Bu səfər barədə öncədən məlumat verilməmişdi.

Prezident Donad Trump-ın bu ayın əvvəlində verdiyi açıqlama Bağdadın qəzəbinə səbəb olub. Trump deyib ki, İraqda Birləşmiş Ştatların hərbi mövcudluğu İrana göz qoymaqdan ötrü vacibdir.

İraq Prezidenti Barham Salih isə deyib ki, ölkə konstitusiyası İraqdan qonşuların maraqlarını və təhlükəsizliyini hədələmək üçün baza kimi istifadə olunmasını yasaqlayır.

Birləşmiş Ştatların hazırda İraqda 5 min 200-dək əsgəri var.

Trump dekabrda Suriyadakı 2 min hərbçini çıxaracağını deyib. Bu qərar Vaşinqtonun müttəfiqləri üçün gözlənilməz olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG