Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:57

Məmur fəalın ölümündə şübhəli bilinir


Kateryna Handzyuk

Ukraynanın Xerson regional parlamentinin rəhbəri antikorrupsiyaya fəalı, ötən il öldürülmüş fəal Kateryna Handzyuk-un qətlində şübhəli bilinir.

Baş prokuror Yuriy Lutsenko fevralın 11-də Facebook-da yazıb ki, Vladyslav Manger ona qarşı ittihamla bağlı məlumatlandırılıb.

Lutsenkonun yerləşdirdiyi sənədə görə, Manger Handzyuk-un regionda “meşələrin qanunsuz qırılması”nı ifşa edən cəhdlərindən dolayı ona “şəxsi düşmənçilik” bəsləyib.

33 yaşlı Handzyuk həm də Xerson şəhər merinin müşaviri idi. O, noyabrda, sulfat turşusu hücumuna məruz qalandan üç ay sonra dünyasını dəyişib.

İndiyədək fəala hücumda şübhəli bilinən, biri polis əməkdaşı olmaqla beş nəfər saxlanıb.

Onun ölümü Ukraynada vətəndaş cəmiyyəti fəallarına hücum dalğasıyla eyni vaxta təsadüf edib. İnsan haqları fəalları hüquq mühafizə orqanlarının bu işləri tam araşdırmadığını iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG