Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Pentaqon rəhbəri Əfqanıstana gedib


Moskvada Əfqanıstan hökumətinin iştirakı olmadan keçirilmiş sülh danışıqlarına Kabildə etiraz aksiyası
Moskvada Əfqanıstan hökumətinin iştirakı olmadan keçirilmiş sülh danışıqlarına Kabildə etiraz aksiyası

Birləşmiş Ştatların müdafiə naziri vəzifəsini icra edən Pat Shanahan Əfqanıstana gözlənilməz səfər edib. Onun hərbi komandirlər, ölkə rəsmiləri ilə görüşəcəyi gözlənir. Bu səfər Vaşinqtonun Talibanla sülh razılaşması yönündə cəhdləri artırdığı bir dönəmə düşür.

Shanahan onu müşayiət edən jurnalistlərə deyib ki, Əfqanıstan liderləri ilə danışıqlarda ölkənin son taleyinə onların qərar verəcəyini vurğulayacaq. Deməsinə görə, Talibanla hər hansı sülh razılaşması da bu məsələlər sırasındadır.

Əfqanıstan hökumətinin bu ölkəylə bağlı müzakirələrə qatılması vacibdir. Əfqanıstanın gələcəkdə necə görünəcəyinə əfqanlar qərar verməlidir. Burada söhbət Birləşmiş Ştatlardan deyil, Əfqanıstandan gedir”, – o deyib.

Əfqanıstanda bəziləri Talibanla sülh sazişinə qarşı çıxırlar. Taliban isə Kabil hökuməti ilə danışıqlardan imtina edir, hökumət rəsmilərini Qərbin oyuncaqları adlandırır.

Pat Shanahan
Pat Shanahan

AĞ EVDƏN GÖSTƏRİŞ YOXDUR

Shanahan deyib ki, Əfqanıstandakı 14 minlik əsgər sayını azaltmaq barədə Ağ evdən ona hər hansı göstəriş verilməyib.

İndiyədək yayılan məlumatlarda iddia olunurdu ki, ABŞ Prezidenti Donald Trump Əfqanıstandakı qüvvələrini yarıbayarı azaltmağı planlaşdırır.

Trump Suriyadakı 2 min əsgəri də çıxaracağını deyir. Amerika əsgərləri burada İslam Dövləti qruplaşması və digər yaraqlılara qarşı ərəb və kürd döyüşçüləri dəstəkləyir.

Shanahan-ın səfərilə eyni vaxtda Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad ölkəsinin sülh təşəbbüsülə əlaqədar bir neçə ölkəyə səfər edir.

Dövlət Departamentinin məlumatına görə, Khalilzad fevralın 10-28-də Belçika, Almaniya, Türkiyə, Qətər, Əfqanıstan və Pakistana səfər edəcək.

Khalilzad bu günlərdə Qətərdə Talibanla danışıqlar aparıb.

Shanahan və Khalilzad-ın səfərləri zamanı birgə müzakirə aparıb-aparayacağı bəlli deyil.

Shanahan bu vəzifədə Jim Mattisi əvəzləyir. O, Trump-ın siyasətinə etiraz olaraq ilin sonunda istefa verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG