Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:20

“Müsəlman Birliyi” fəalından 5 gündür xəbər yoxdur


Bakıda polis maşını

“Müsəlman Birliyi” Hərəkatının fəalı Bəxtiyar Bağırovdan artıq 5-ci gündür xəbər yoxdur".

Bunu AzadliqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyevdeyib.

Oqtay Gülalıyev vurğulayır ki, dövlət orqanları məsələ ilə bağlı məlumatlandırılıb.

Hüquq müdafiəçisi Bəxtiyar Bağırovun yaxınlarına istinadən bildirib ki, onu, fevralın 6-da Bakının Bakıxanov qəsəbəsində çayxanalırn birində olarkən bir neçə mülki geyimli şəxs saxlayıb:

“Məsələ ondadır ki, Bəxtiyar Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərindən birini tanıdığını söyləyir”.

Ancaq bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və sözü gedən idarədən münasibət almaq mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı müxtəlif ittihamlarla həbs ediliblər.Hərəkatın rəhbər şəxsləri isə Nardaran hadisələri zamanı tutulublar.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. “Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov 20 il, qalanları isə 10 ildən 19 ilədək həbs cəzası alıblar.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyərək silahsız olduqlarını amıqlayıblar.Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları isə məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG