Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 06:18

Astanada analar etiraz edir


Analar rəsmilərlə görüşür
Analar rəsmilərlə görüşür

Qazaxıstanda onlarla ana paytaxt Astananın mərkəzində yerli rəsmilərlə görüşdədir. Ölkədə bir ailədən beş uşağın yanğında ölməsi ölkəboyu etirazlara səbəb olub.

Fevralın 4-də baş vermiş bu hadisə ölkəni sarsıdıb. Yaşı üç ay- 13 arası olan qızlar valideynləri gecə növbəsində ikən baş vermiş yanğında vəfat ediblər.

Etirazçılar fevralın 8-də şəhər meriyası qarşısına yığışaraq hökumətdən birdən artıq uşağı olan analara sosial müavinət, adekvat evlə təminat tələb ediblər.

Sonra qadınlar şəhər hakimiyyəti ilə görüşə dəvət olunublar. Onlar dəvəti qəbul ediblər, amma AzadlıqRadiosu-nun əməkdaşları danışıqlara buraxılmayıb.

Son günlər Qazaxıstanın bir sıra şəhərlərində oxşar etirazlar keçirilir.

Etiraz edən analar
Etiraz edən analar

NAZİR MÜAVİNƏTİN ARTIRILMASINA QARŞIDIR

Fevralın 5-də Astanada qızların dəfninə yüzlərlə adam yığışıb. Bir gün sonra isə yüzlərlə ana Əmək və sosial müdafiə naziri Madina Abylqasymova-nın istefası tələbilə yürüş keçirib. Nazir bu yaxınlarda demişdi ki, analıq müavinətinin artırılmasına qarşıdır.

Amma elə həmin gün Sənaye və infrastruktur naziri Zhenis Qasymbek elan etdi ki, yaxın gələcəkdə çoxuşaqlı ailələr üçün mənzil tikintisi üzrə xüsusi dövlət proqramı işə salınacaq.

Bir ailədən beş qız uşağının ölümü sosial mediada hökumətin sərt tənqid olunmasıyla sonuclalnıb.

Çoxları Prezident Nursultan Nazarbaev-i tənqid edib. O, Yeni il müraciətində deyirdi ki, 30 ilə yaxın prezidentliyi dövründə sıravi vətəndaşlar üçün “gərəkən hər şəraiti” yaradıb.

Hökumətin qurbanlar üçün matəm elan etməməsi də qazaxıstanlıları qəzəbləndirib.

Fövqəladə hallar rəsmilərinin deməsinə görə, uşaqların atası maşın təmiri şirkətində, anası isə zavodda işəyir.

Hazırda yanğının səbəbləri araşdırılır.

XS
SM
MD
LG