Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:09

Khamenei: ‘Amerikaya ölüm’ Amerika xalqına deyil, Trump-a aiddir


Ali Khamenei
Ali Khamenei

İranın ali dini lideri Ali Khamenei deyir ki, “Amerikaya ölüm” şüarı Amerika xalqına deyil, ABŞ Prezidenti Donald Trump və Amerikanın digər qərarverici şəxslərinə ünvanlanıb.

’Amerikaya ölüm’ Trump-a, (milli təhlükəsizlik müşaviri) John Boltona, (dövlət katibi) Mike Pompeo-ya ölüm deməkdir. Bu, Amerikanı idarə edənlərə ölüm deməkdir”, – Khamenei fevralın 8-də islam inqilabının 40 illiyi münasibətilə İran Ordusunun Hava Qüvvələrinin zabitləri qarşısında çıxışında deyib.

Bu şüar tez-tez dövlətin təşkil etdiyi yürüş və tədbirlərdə, cümə moizələrində səslənir.

“AMERİKA XALQINA QARŞI DEYİLİK”

“Bu, həmin ölkəni idarə edən bir neçə nəfərə ölüm deməkdir. Amerika xalqına qarşı deyilik”, – rəsmi vebsaytı Khamenei-yə istinadla yazır.

Ali Khamenei tədbirdə
Ali Khamenei tədbirdə

Khamenei deyir ki, Vaşinqton Tehrana qarşı düşmən siyasətini saxladığı müddətdə İran “Amerikaya ölüm” şüarından əl çəkməyəcək.

Amerika pis niyyətini, müdaxiləsini, yırtıcılığını davam etdirdiyi müddətdə İran xalqı da ‘Amerikaya Ölüm’ şüarından əl çəkməyəcək”, – Khamenei deyib. Ali dini lider islam respublikasında dövlət məsələlərində son söz sahibidir.

Ötən il Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb və Tehrana iqtisadi sanksiyaları bərpa edib. Bundan sonra ikitərəfli münasibətlər daha da gərginləşib.

Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

“Heç kəsin amerikalılar qədər avropalılara da inanmamasını tövsiyə edirəm. Onlarla danışmırıq, kontrakt imzalamırıq, amma bu, inam məsələsidir”, – o deyib.

Britaniya, Fransa və Almaniya bu yaxınlarda İranla ticarət mexanizmini işə salıblar. Bu mexanizm ABŞ sanksiyalarına məruz qalmadan İranla “qanuni ticarət”ə imkan verir.

Avropa Birliyi bu addımı alqışlayıb, amma İranı “sabitsizlik yaradan” ballistik raket proqramı, AB-nin bir sıra üzvlərində “düşməncəsinə fəaliyyəti”, Yaxın Şərq ölkələrinə müdaxiləsinə görə tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG