Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:10

ABŞ Rumıniyada raket müdafiə sistemini ‘məhv etsin’


Teodor Melescanu

Birləşmiş Ştatlar NATO üzvü olan Rumıniyada MK-41 raket müdafiə sistemini ləğv etməklə Soyuq müharibə dövrünün nüvə sazişinə əməl etməlidir. Belə bir tələblə Rusiya çıxış edib.

Rusiyanın Müdafiə Nazirliyi fevralın 7-də bildirib ki, Vaşinqton eyni səbəbdən hərbi dronlarını da məhv etməlidir.

ABŞ səfirliyinin hərbi attaşesi nazirliyə çağırılıb və ona Moskvanın etirazı olan nota təqdim olunub.

Rusiya fevralın 3-də Ortamənzilli Raket Qüvvələri Sazişinin (INF) icrasını dayandırdığını elan edib. Bir gün öncə Birləşmiş Ştatlar elan edib ki, Moskva bu paktın pozulmasına son qoymazsa, altı ay ərzində ondan çıxacaq.

Moskva sazişi pozmadığını bildirir.

Birləşmiş Ştatların Rumıniyanın cənubundakı Deveseluda yerləşdirdiyi raket müdafiə sisteminin texniki adı “Aegis Ashore”dur. O, 2016-cı ilin mayında işə salınıb və hədəfi raketləri vurmaq, havadan müdafiədir.

Rumıniyanın xarici işlər naziri Teodor Melescanu isə fevralın 7-də bildirib ki, “Aegis Ashore” yalnız müdafiə sistemidir. Rusiyanın tələbi “INF sazişini birbaşa pozan hərbi proqramları üçün yalnız bir bəhanədir”, nazir deyib. O əlavə edib ki, Rumıniya müttəfiqləri ilə məsləhətləşmələr aparacaq və məsələyə dair vahid mövqe ortaya qoyulacaq.

***

Rusiyanın Rumıniyadakı səfiri Valery Kuzmin fevralın 7-də Buxarestdə mətbuat konfransında deyib ki, Moskva Rumıniyaya qarşı hər hansı “düşməncəsinə, yaxud qeyri-dost hərəkəti” planlaşdırmır.

Amma Rumıniyanın ərazisində Birləşmiş Ştatların raket müdafiə sistemi olduğundan “Rusiyanın müdafiə planlaşdırılmasında bu gözardı oluna bilməz”, – Kuzmin AzadlıqRadiosu əməkdaşının sualına cavabında deyib.

XS
SM
MD
LG