Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Balıq ovu 67 faiz artıb


Balıq

2018-ci ildə ölkədə 1614.1 ton balıq ovlanıb.

Bu barədə bu gün, fevralın 7-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda yazılıb.

Məlumatda bildirilir ki, bu, 2017-ci illə müqayisədə 67.3 faiz çoxdur.

DSK vurğulayır ki, ölkədə 194 hüquqi, fiziki şəxsə balıq ovundan ötrü 1707.1 ton kvota verilib: «Ovlanmış balığın 1072.9 tonu kilkə, 112.4 tonu kütüm, 85.4 tonu kefal, 82.3 tonu siyənək, 69.4 tonu külmə, 54.7 tonu çapaq, 48.2 tonu çəki, 30.7 tonu dabanbalığı, 21.2 tonu sıf, 13.6 tonu şamayı, 5 tonu naxa, 3.1 tonu xəşəmin payına düşüb».

Ötən il balıqçılar kvotadan ötrü 84.8 min manat ödəyiblər.

Multimedia

XS
SM
MD
LG