Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:02

Bişkek ikinci Rusiya bazasını ‘nəzərdən keçirmir’


Damir Sagynbaev

Qırğızıstan ərazisində ikinci Rusiya hərbi bazasının yerləşdirilməsinin mümkünlüyü nəzərdən keçirilmir. Bunu ölkənin aparıcı təhlükəsizlik rəsmisi deyir.

Qırğızıstanın şimalında yerləşən Kantda Rusiyanın hava bazası 2003-cü ildə, Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) çərçivəsində açılıb. Bu quruma Rusiya, Qırğızıstan, Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan üzvdür.

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Damir Sagynbaev fevralın 7-də Bişkekdə jurnalistlərə deyib ki, bu məsələ nə onun rəhbəri olduğu şurada, nə də Qırğızıstan prezidentinin idarəsi tərəfindən nəzərdən keçirilir.

Sagynbaev məsələnin gələcəkdə nə vaxtsa müzakirə olunacağını də istisna etməyib.

Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov fevralın 4-də Qırğızıstana səfəri zamanı demişdi ki, Bişkek maraqlı olarsa, Moskva bu ölkədə ikinci hərbi bazanın açılması ideyasının müzakirəsinə açıqdır.

Qırğızıstanın Rusiyadakı səfiri Alikbek Jekshenkulov isə fevralın 1-də TASS xəbər agentliyinə bildirib ki, ölkəsinin cənubunda ikinci Rusiya bazasının açılması istisna olunmur.

Bu məsələ ətrafında spekulyasiya və şayiələr aylardır hər iki ölkədə dolaşır.

XS
SM
MD
LG