Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:09

Metronun keçmiş işçilərinin şikayəti


Metro

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup əməkdaşı fevralın 6-da Prezident Administrasiyasına (PA) şikayətə gəliblər. Onlar deyiblər ki, şikayətlərinin səbəbi işdən çıxarılmalarıdır.

Şikayətçilərin vurğulamasına görə, 2018-ci ilin sonunda bir qrup işçiyə bildiriblər ki, işdən çıxmaqla bağlı ərizə verin.

«Hələ azad edilənə qədər də iş normal getmirdi. Bir ay iş olurdu, üç ay olmurdu, beləcə fasilələrlə işləyirdik. Amma 2018-ci ilin dekabrında vəziyyət tamamilə əlverişsiz oldu»,-deyə keçmiş metropoliten əməkdaşı bildirib. Onun iddiasına görə, 2018-ci ilin dekabrında rəhbərlik onları ərizə yazdıraraq işdən çıxmaq məcburiyyətində qoyub.

Amma bir müddət sonra onlar «Bakı Metropoliteni» QSC-yə göndəriliblər, şikayətçilər orada qəbulda olub.

Metropoliten rəhbərliyi ilə görüşdən çıxan əməkdaşlar bildiriblər ki, onlara işə qəbul ediləcəkləri vəd olunub: «Ərizə yazdıq, amma əvvəlki işlərə bərpa etməyəcəklər».

Şikayətçilərin deməsinə görə, onlara aylıq 300-400 manatlıq iş təklif edilir və bu da onları razı salmır.

Onların demələrinə görə, əvvəllər kimisi qazmaçı, kimisi çilingər, kimisi də nisbətən rəhbər vəzifələrdə çalışıb. Şikayətçilərin demələrinə görə, bir çoxlarının maaşı indi təklif edilənlərdən yüksək olub. Üstəlik, bu vədin də yerinə yetiriləcəyinə tam əmin deyillər.

Məsələyə, hələlik, «Bakı Metropoliteni» QSC-dən münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG