Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Trump-ın çıxışına reaksiyalar


Donald Trump çıxış edərkən
Donald Trump çıxış edərkən

İran: ABŞ ‘diktarorları, başkəsənləri’ dəstəkləyir

Birləşmiş Ştatlar Yaxın Şərqdə “diktatorları, başkəsənləri, ekstremistləri” dəstəkləyir. Bunu İranın Xarici işlər naziri Javad Zarif fevralın 6-da ABŞ Prezidenti Donald Trump-ın illik çıxışına cavab olaraq Twitter-də yazıb.

“Birləşmiş Ştatların düşmənçiliyi onun regionumuza yalnız dağıntı gətirmiş diktatorları, başkəsənləri və ekstremistləri dəstəkləməsiylə sonuclanıb”, – Zarif yazıb.

Ötən il Trump Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Trump ölkənin vəziyyətinə dair çıxışında həmin qərarını müdafiə edib.

Mohammad Javad Zarif (sağda) suriyalı həmkarı Walid al-Muallem ilə Tehranda görüşür, 5 fevral, 2019-cu il
Mohammad Javad Zarif (sağda) suriyalı həmkarı Walid al-Muallem ilə Tehranda görüşür, 5 fevral, 2019-cu il

Qeyd edək ki, İrana sanksiyaların bərpası rialın kəskin ucuzlaşmasına gətirib, ölkədə iqtisadi çətinliklər artıb.

Trump çıxışında İranı “dünyada terrorun aparıcı sponsor dövləti” adlandırıb, deyib ki, administrasiyası ona qarşı dayanmaqdan ötrü qətiyyətlə hərəkət edib.

“Radikal rejimdir. Pis şeylər edirlər. ‘Amerikaya ölüm’ qışqıran, yəhudi xalqını soyqırımı ilə hədələyən rejimdən gözümüzü çəkməyəcəyik”, – Trump vurğulayıb.

Amma Zarif deyir ki, İran xalqı yəhudi icması da daxil olmaqla “irəliləyişin 40 ilini qeyd etməyə”, 1979-cu il islam inqilabının 40 illiyini bayram etməyə hazırlaşır.

Prezident Hassan Rohani daxil olmaqla İranın aparıcı rəsmiləri İslam Respublikasının son 40 ilin ən çətin iqtisadi durumuyla üzləşdiyini deyirlər. Bunun bir səbəbi də ABŞ-ın sanksiyaları bərpa etməsidir.

***

Trump-ın demokratlarla fikir ayrılığı üzündən hökumət 35 gün ərzində qapalı qalıb. Prezident Meksikayla sərhədin hasarlanmasına 5,7 milyard dollar tələb edir, demokratlar isə bunu ayırmaqdan imtina edir. Hələlik, hökumətin fevralın 15-dək açıq qalması üçün razılaşma əldə olunub, amma o vaxtadək yeni razılaşma olmasa, hökumət yenidən bağlana bilər.

Konqresin demokratlardan olan qadın üzvləri çıxış zamanı
Konqresin demokratlardan olan qadın üzvləri çıxış zamanı

Bir çox siyasi müşahidəçilər Trump-ın nitqində sərhədin hasarlanmasına nail olmaqdan ötrü fövqəladə vəziyyət elan edəcəyini gözləyirdi. Amma 82 dəqiqəlik çıxışı zamanı bunu etməsə də, prezident qanuni immiqrasiyanın Birləşmiş Ştatlar üçün təhlükəli olduğunu dəfələrlə bildirdi.

“Sadəcə tikin, hasarlar işə yarayır, həyatları xilas edir”, – o deyib.

***Buna da bax: Prezident Trump Konqresdə ‘Ölkənin vəziyyəti’ haqda çıxış edib

Ənənəvi olaraq, Trump-ın çıxışından sonra demokratlar danışır. Bu dəfə onların adından Stacy Abrams danışıb və hökumətin bağlanmasına görə Trump-ı suçlayıb.

“Şatdaun ABŞ Prezidentinin qurduğu bir fırıldaq idi. O, ədalət prinsiplərinə qarşı dayandı, təkcə xalqımızı deyil, dəyərlərimizi də tərk elədi”, – Abrams deyib.

Siyasi təhlilçi Stuart Rothenberg deyir ki, Trump-ın çıxışında xarici siyasət ikinci dərəcəli məsələ kimi görünürdü, çünki o, “bir yığın məsələyə toxundu: Çin, ticarət, Venesuela, Rusiya, Ortamənzilli Raket Qüvvələri sazişinə…”

“O, heç bir yerdə qırmızı xətt çəkmədi”, – deyən Rothenberg Trump-ın çıxışında rusiyalı həmkarı Vladimir Putinin adını çəkməməsinə də diqqət yönəldir.

“Həmişə bir fikrə əsaslanıram: hər şey işdə bəlli olacaq, indiki alqışlar, partiya üzvlərinin ayağa durub alqışlaması əsas deyil, əsas olan diqqətin nəyə yönələcəyidr. Hazırda Trump hər yerdədir, çünki ölkənin ən yaxşı natiqi olduğunu, ən yaxşı ictimai əlaqələr yaradan şəxs olduğunu düşünür”, – o deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG