Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:20

Papa Francis Ərəbistan yarımadasında tarixi ayin icra edib


Papa Francis ayin icra edir

Fevralın 5-də Papa Francis Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə 170 min katolik qarşısında tarixi ayin icra edib.

Ərəbistan yarımadasına səfər edən ilk papa olan Francis Zayed stadionuna xüsusi maşınında daxil olub.

Papanın səfərini BƏƏ-da yaşayan filippinli və hindistanlı katoliklər alqışlayıb. Hazırda bu ölkədə 1 milyonadək katolik yaşayır. Ümumilikdə yarımadada isə 2 milyonadək katolikin yaşadığı bildirilir.

Qonşu Səudiyyə Ərəbistanı isə İslamın beşiyi sayılır.

BƏƏ papanı üçgünlük səfərə dəvət edib. 2019-cu il “Dözümlülük İli” kimi qeyd olunur.

Fevralın 4-də papa əmirlik liderləri ilə görüşüb, Misirin Əl-Əzhar məscidinin imamı şeyx Ahmed el-Tayeb ilə “insan qardaşlığı”nı təbliğ edən sənəd imzalayıb.

XS
SM
MD
LG