Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:41

Astanada yanğında ölən 5 qız dəfn olunub


Ölən qızların şərəfinə aksiya

Qazaxıstanın paytaxtı Astanada evin yanması nəticəsində həlak olmuş bir ailənin beş uşağı fevralın 5-də dəfn olunub.

Hadisə fevralın 3-dən 4-nə keçən gecə 30 kvadrat metrlik kiçik evdə baş verib, yaşı üç ay – 13 arası beş qız dünyasını dəyişib.

Dəfn mərasiminə qatılanların bəziləri parlament üzvlərindən, məmurlardan heç kəsin dəfnə qatılmamasından narazılığını səsləndirib.

Beş qızın ölümü sosial şəbəkələrdə hökumətin sərt tənqid olunmasıyla nəticələnib, istifadəçilər hökumətin sərt iqtisadi çətinliklərlə üzləşən ailələrə yardım etmədiyini deyiblər.

Çoxları da Prezident Nursultan Nazarbaev-i tənqid edib. O, dekabrın 31-də Yeni İl müraciətində deyirdi ki, 30 illik prezidentliyi dövründə sıravi vətəndaşlar üçün hər cür şərait yaradıb.

Fövqəladə hallar rəsmilərinin AzadlıqRadiosu-na deməsinə görə, yanğın ailə başçılarının hər ikisi işdə ikən baş verib.

Hər iki valideyn gecə növbəsində imiş. Hazırda yanğının səbəbləri araşdırılır.

XS
SM
MD
LG