Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Kreml: Guaido-nun tanınması ‘xarici müdaxilədir’


Juan Guaido Nicolas Maduro-ya qarşı etiraz aksiyasında, 30 yanvar, 2019-cu il
Juan Guaido Nicolas Maduro-ya qarşı etiraz aksiyasında, 30 yanvar, 2019-cu il

Bəzi Avropa ölkələrinin Venesuela müxalifətinin lideri Juan Guaido-nu aralıq dövr prezidenti kimi tanıması xarici müdaxiləyə bərabərdir və venesuelalılar öz daxili siyasi məsələlərini özləri həll etməlidirlər, xarici qüvvələr deyil. Belə bir bəyanatla fevralın 4-də Kreml çıxış edib.

Müxalifətin nəzarət etdiyi Milli Assambleyaya rəhbərlik edən Guaido ötən ay özünü keçid dövrü üçün lider elan edib və bu addım beynəlxalq qüvvələr arasında ziddiyyət yaradıb.

İspaniya, Britaniya, Fransa, Avstriya, İsveç və Danimarka fevralın 4-də Guaido-nu aralıq dövr prezidenti kimi tanıyıb.

Dmitry Peskov
Dmitry Peskov

Paris bildirib ki, Guaido-nun seçki təşkil etmək hüququ var, çünki hakimiyyətini saxlamağa çalışan Prezident Nicolas Maduronun rəhbərlik etdiyi sosialist hökuməti bundan imtina edir.

Avropanın böyük dövlətləri Maduronun yeni seçkinin vaxtını təyin etməsi üçün səkkiz günlük müddət qoymuşdu.

“Qəsb edilmiş hakimiyyəti legitimləşdirmək cəhdləri Venesuelanın daxili işlərinə qarışmağa bərabərdir”, – Prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov fevralın 4-də jurnalistlərə deyib.

Ölkəni diktatura kimi idarə etməkdə suçlanan Maduro isə Avropa ölkələrinin bu addımına qarşı çıxıb, onları ABŞ Prezidenti Donald Trump-ın elədiklərini kölə kimi təkrarlamaqda suçlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG