Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Taliban ‘əfqanlararası’ danışıqlara qatılacaq – hökumətsiz


Kabildə restoran, arxiv fotosu
Kabildə restoran, arxiv fotosu

Taliban Moskvada “əfqanlararası” danışıqlara qatılacağını deyir, amma hökumət rəsmilərinin iştirakı olmadan. Həmin danışıqlarda keçmiş prezident Hamid Karzai daxil tanınmış fiqurların, müxalifətçilərin, tayfa ağsaqqallarının iştirakı gözlənir.

Görüş fevralın 5-də başlanacaq, iki gün çəkəcək. Moskvada mənzillənən, Rusiyadakı əfqan diasporu – Əfqan Cəmiyyəti Şurası, fevralın 4-də Kabildə verdiyi bəyanatda görüşün təşkilatçısı olduğunu bildirib.

Rusiya hökuməti görüşün təşkilində əli olmadığını deyir, Birləşmiş Ştatlar isə hələlik, bu barədə açıqlama verməyib.

GHANİ-NİN İDARƏSİ TOPLANTINI TƏNQİD EDİR

Bu arada ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad-ın iştirakıyla danışıqlar prosesi də sürətlənib.

Ashraf Ghani
Ashraf Ghani

Talibanın Qətərdəki siyasi idarəsinin sözçüsü Suhail Shaheen qruplaşmanın iştirakını təsdiqləyib. Nümayəndə heyətinə Mohammad Abbas Stanikzai başçılıq edəcək.

Taliban Əfqanıstan Prezidenti Ashraf Ghani hökuməti ilə danışıqlardan imtina edir, onu ABŞ-ın oyuncağı sayır.

Kabildən danışıqlara gedən 38 təmsilçinin çoxu keçmişdə hökumətdə vəzifələr tutub.

Onların içində prezidentliyə potensial namizəd Hanif Atmar da var. O, avqustda Ghani-nin təhlükəsizlik müşaviri postundan istefa verib.

Keçmiş vitse-prezident Mohammad Yunus Qanuni və Balx regionunun keçmiş qubernatoru Atta Mohammad Noor da iştirakçılar arasındadır.

Khalilzad Talibanla ayrıca danışıqlar aparır. O, bütün tərəflərin iştirakıyla dialoq aparılmasına çağırır.

Ghani-nin idarəsi isə Moskvadakı görüşü tənqid edib, deyib ki, əfqan siyasətçilər toplantıya “hakimiyyət əldə etmək üçün” qatılırlar.

Ghani-nin baş müşaviri Fazel Fazly tvitində bunu “məyusedici” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG