Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:00

Oqtay Əsədov deputatlara xəbərdarlıq edib


O.Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün, fevralın 1-də keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

«Report»un xəbərinə görə, spiker hər kəsə işində diqqətli olmağı tapşırıb.

«Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornan millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtlı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur», - deyə O.Əsədov vurğulayıb.

Multimedia

XS
SM
MD
LG