Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:43

Trump: Mueller istintaqının hədəfi ‘deyiləm’


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqının “mövzusu” olmadığını deyir. Prezident müsahibəsində vəkillərinin bu qənaətə gəldiyini söyləyib.

Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsini, Trump-ın seçki kampaniyası ilə əlbirlik iddialarını araşdırır.

“The New York Times” qəzetinin yanvarın 31-də dərc etdiyi müsahibədə Trump deyib ki, vəzifədən getməkdə olan baş prokuror müavini Rod Rosenstein prezidentin genişmiqyaslı istintaqın hədəfi olmamasına onun vəkillərini əmin edib.

O, vəkillərə deyib ki, mövzu mən deyiləm. Mən hədəf deyiləm”, – Trump deyib.

“BUNU ETMƏMİŞƏM”

Trump onu da bildirib ki, Wikileaks və Demokratlar Partiyasının oğurlanmış emailləri barədə Roger Stone-la danışmağa heç kəsə göstəriş verməyib.

“Bunu heç vaxt etməmişəm”, – o vurğulayıb.

Roger Stone
Roger Stone

Trump-ın çoxdankı müttəfiqi olan Stone yanvarın 25-də Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub. “Rusiya istintaqı”yla əlaqədar ona yeddi maddə irəli sürülüb.

İttihamnamədə Stone-nun oğurlanmış emailləri müzakirə etdiyi iddia olunur. Həmin emaillər Trump-ın demokratlardan opponenti Hillary Clinton-u məğlub etməzdən bir neçə həftə öncə yayılıb. İttihamlarda deyilir ki, Trump kampaniyasının aparıcı üzvləri Stone ilə əlaqə yaradıb, Clinton-a ziyan vuracaq emaillərin nə vaxt yayılacağını öyrənməyə çalışıb. Həmin “aparıcı” rəsmilərin adları açıqlanmır.

Trump Rusiyayla hər hansı əlbirliyi, Moskva isə seçkiyə hansısa şəkildə müdaxiləni inkar edir.

Qəzet müsahibənin yanvarın 31-də Ağ evdə alındığını bildirir. “The Times” qeyd edir ki, Trump qəzetin naşiri A.G. Sulzberger-lə əlaqə saxlayaraq onu nahara dəvət edib. Sulzberger isə bundan imtina edib, əvəzində iki əməkdaşının iştirakıyla müsahibə istəyib və prezident razılaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG