Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Suriya öldürülmüş jurnalistə görə 302 milyon dollar ödəməlidir


Suriyada dağıdılmış məktəb

Suriya Prezidenti Bashar al-Assad hökuməti qətlə yetirilmiş jurnalist Marie Colvin-in ailəsinə müxbirə “amansız” hücuma görə 300 milyon dollardan çox vəsait ödəməlidir. Bu haqda ABŞ-da hakim qərar çıxarıb.

Hakim Amy Berman Jackson qərarını yanvarı 30-da axşam açıqlayıb. Colvin 2012-ci ildə qətlə yetirilib.

Qərarda deyilir ki, Suriya ordusu Homs şəhərində Colvin və digərlərinin çalışdığı media mərkəzin yerini müəyyənləşdirərək hədəfə alıb.

Britaniyanın “Sunday Times” qəzetinin əməkdaşı olan amerikalı Colvin və fransız fotoqraf Remi Ochlik media mərkəzin artilleriya atəşinə tutulması nəticəsində həlak olub.

Hakim Suriyanın keçmiş kəşfiyyat zabitinin ifadəsini əsas gətirib. Onun sözlərinə görə, hücumdan sonra Suriya ordusunun zabitləri Colvin-in öldürülməsi xəbərini bayram edirmişlər.

Suriya hökuməti bu məhkəmə iddiasına qarşı özünü müdafiə etməyib və görünür, Colvin-in ailəsi kəsilən cəriməni də asanlıqla əldə edə bilməyəcək.

Jurnalistin ailəsinin vəkilləri deyiblər ki, 302 milyon dolları Suriya hökumətinin xaricdə dondurulmuş hesablarından əldə etməyə ümid bəsləyirlər.

XS
SM
MD
LG