Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:38

Daha 954 vərəsəyə müavinət veriləcək


Prezident vərəsələrə 11 min manat ödənilməsi ilə bağlı fərmana dəyişiklik etdi
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Prezident vərəsələrə 11 min manat ödənilməsi ilə bağlı fərmana dəyişiklik etdi

Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan daha 661 şəxsin vərəsəsinə birdəfəlik müavinət verilməsi ilə bağlı qərar qəbul olunub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu gün, yanvarın 31-də yaydığı məlumatda bildirilir. Yeni qərar 954 vərəsəni əhatə edir.

Bununla da indiyədək artıq 3758 hərbi qulluqçunun 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar çıxarılıb. Onlardan 3100 mərhum hərbi qulluqçu üzrə 4200 vərəsəyə ödəniş edilib.

Birinci fərman

Prezident İ.Əliyev 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirdilər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Hətta etiraz aksiyasında onlardan saxlananlar, inzibati həbs cəzası alanlar da olub. Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib. Bu məsələ müxalifət partiyalarının etiraz aksiyasında da səslənib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də narazıların fikirlərinə münasibət bildirib. Qurumdan vurğulayıblar ki, onlara ödəniş daha əvvəl edilib. «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...», - deyə şirkət bəyan edib.

Ancaq bəzi ekspertlər deyirdilər ki, həmin vaxt vərəsələrə verilən 50000 manat indiki məzənnə ilə 20 dollardan da az edir.

İkinci fərman

Nəhayət, bu il yanvarın 28-də prezident narazı vərəsələri qəbul edib. Onların nəzərinə çatdırılıb ki, prezident ikinci fərman verməklə müavinət alacaq vərəsələrin sayını bir xeyli artırıb. Yeni fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan daha 2264 hərbi qulluqçu və 461 polisin vərəsələrinə də əlavə birdəfəlik ödəmə veriləcək. Həmin 2264 hərbi qulluqçunun vərəsələrinə əvvəlki illərdə müavinət verildiyi bildirilir. Amma prezident də həmin görüşdə vurğulayıb ki, o müavinət indiki 11 min manatla müqayisə edilə bilməz.

Nazirlikdən bildirildiyinə görə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12268 həlak olan şəxsin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Multimedia

XS
SM
MD
LG