Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:57

M.Ə.Rəsulzadənin 135-ci doğum günü


M.Ə.Rəsulzadənin heykəli

Bu gün, yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 135-ci doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində, tanınmış ruhani ailəsində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb. M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Xatırlatma

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib. Amma buna baxmayaraq, bəzi ekspertlər və müxalifət hesab edir ki, Rəsulzadəyə ögey münasibət var. Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Ə.Rəsulzadənin büstlərinin götürülməsini və doğulduğu evin divarına vurulan barelyeflə bağlı yaranan qalmaqalı (Əvvəlcə oğurlandı, daha sonra lövhədə təqdimat səhv yazıldı-R) buna misal göstərirlər. Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymətə imkan vermir. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG