Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:05

Novruz çərşənbələrinin vaxtı açıqlandı


Səməni

Bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyir ki, bu il qeyd olunacaq Novruz bayramının ilk - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.

X.Mikayılov bildirib ki, ikinci Od çərşənbəsi martın 5-nə, üçüncü Yel çərşənbəsi martın 12-ə, sonuncu və ya ilaxır Torpaq çərşənbəsi isə martın 19-na düşür.

Onun deməsinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-dən 21-nə keçən gecə saat 01:58-də qədəm qoyacaq.

Direktor müavini deyib ki, martın 20-si Azərbaycanda bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Çərşənbə mərasimi baharın gəlişindən asılı olaraq, həmin vaxtdan öncəki 4 həftənin çərşənbə axşamlarında qeyd edilir. Həmin günlər həyətlərdə tonqallar qalanır, evlərdə bayram süfrələri açılır.

Multimedia

XS
SM
MD
LG