Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

Korrupsiya ‘xəbərçiləri’nə pul verəcəklər


Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev
Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev

Qırğızıstan hökuməti korrupsiya “xəbərçiləri”nə pul mükafatı vəd edir, onların işi nəticəsində əldə olunan çirkli pulun bir hissəsi özlərinə qaytarılacaq.

Prezident Sooronai Jeenbekov-un yanvarın 29-da imzaladığı qanuna görə, rəsmi korrupsiya halları barədə məlumat verən polis və vətəndaşlar dövlətin bərpa etdiyi maliyyə ziyanının bir hissəsini mükafat olaraq alacaqlar.

Qanun “korrupsiya xəbərçiləri”ni qorumağı da vəd edir.

Korrupsioner məmurları tutan polislər korrupsiya cinayətlərində təqsirli bilinən məmurların dövlətə qaytardığı pulun 30 faizini alacaqlar. Təqiblə sonuclanan məlumatlar verən vətəndaşlar isə polisin aldığı məbləğin 30 faizini əldə edəcək – yəni maksimum 1 milyon som (14 min 300 dollar).

Bu qanun 2016-cı ildən Qırğızıstan parlamentində müzakirə olunub. Korrupsiya bu ölkənin iqtisadi durumuna, bir sıra digər postsovet respublikalarında olduğu kimi, böyük ziyan vurur.

Keçmiş prezident Almazbek Atambaev 2017-ci ildə qanunu rədd edərək parlamentə qaytardı, onun dəyişilməli olduğunu dedi.

2017-ci ilin oktyabrında prezident seçkisində Atambaev Jeenbekov-u xələfi kimi dəstəkləyib. Amma təxminən bir ildir onlar arasında ədavət başlanıb. İki keçmiş baş nazir daxil olmaqla, Atambaev-in bir sıra müttəfiqləri korrupsiyada şübhəli bilinərək saxlanıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG