Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

İsgəndər Həmidov saxlandığını deyir


İ.Həmidov

Bu gün, yanvarın 30-da keçmiş daxili işlər naziri İsgəndər Həmidovun Şəki Rayon Polis Şöbəsində saxlanıb, bir qədər sonra buraxıldığı bildirilir.

Bu barədə İ.Həmidovun özü məlumat verib. Onun sözlərinə görə, iki saata yaxın Şəki Rayon Polis Şöbəsində saxlanıb. O vurğulayıb ki, Şəki rayonuna gəlişində məqsəd keçmiş müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar yas mərasimində iştirak olub.

«Amma saxlanılmağım hansısa qanun pozuntusu ilə bağlı deyildi. Mənimlə hakimiyyəti tənqidi çıxışlarım, yeni yaratdığımız hərəkat barədə danışırdılar», - keçmiş nazir bildirib.

Amma bu deyilənlərə, hələlik, Şəki Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

İsgəndər Həmidov 1992-93-cü illərdə daxili işlər naziri olub.

1995-ci ildə həbs edilib. Mənimsəmə, səlahiyyət həddini aşma və başqa cinayətdə ittiham edilərək 14 həbs cəzası alıb. İttihamları qəbul etməyən keçmiş nazir 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. O, yeni yaradılan Xalq Hərəkatı adlı təşkilatın qurucularından biridir.

Multimedia

XS
SM
MD
LG