Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiya Maduronu dəstəkləmək üçün ‘hər şey edəcək’


Nicolas Maduro (ortada), Müdafiə naziri Vladimir Padrino (sağdan ikinci)
Nicolas Maduro (ortada), Müdafiə naziri Vladimir Padrino (sağdan ikinci)

Rusiya rəsmiləri Birləşmiş Ştatların Venesueladakı durumla bağlı mövqeyini tənqid edib, hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduroya dəstək vəd edib, Vaşinqtonu isə PDVSA dövlət neft şirkətinə sanksiya qoyduğuna görə sərt tənqid edib.

Xarici işlər naziri Sergei Lavrov yanvarın 29-da Vaşinqtonu müxalifət lideri Juan Guaido-nu Venesuelanın keçid dövrü prezidenti kimi tanımaqla “qanunsuz rejim dəyişikliyinə açıq-aşkar yol açmaqda” suçlayıb.

“Dünya ictimaiyyətinin digər məsuliyyətli üzvləri ilə birlikdə biz Prezident Maduronun qanuni hökumətini dəstəkləməkdən ötrü hər şeyi edəcəyik”, – Lavrov deyib.

Amma o, Maduro hökumətinə dəstəklə bağlı konkret addımları açıqlamayıb.

ABŞ ordusu Venesueladakı böhrana qarışarsa, Rusiya da Karakasa hərbi yardım göstərəcəkmi? Prezident Vladimir Putinin sözçüsü isə bu sualı cavablandırmayıb.

Rosneft rəhbəri Igor Sechin ( solda) və Venesuelanın neft naziri, PDVSA rəhbəri Manuel Quevedo
Rosneft rəhbəri Igor Sechin ( solda) və Venesuelanın neft naziri, PDVSA rəhbəri Manuel Quevedo

Dmitry Peskov onu da deyib ki, ABŞ-ın PDVSA-ya sanksiyaları Venesuelanın daxili işlərinə qanunsuz müdaxilə deməkdir, amma Rusiya özünün oradakı maraqlarını qorumaqdan ötrü bütün hüquqi mexanizmlərə əl atacaq.

Yanvarın 28-də qoyulmuş sanksiyalar PDVSA-nın ABŞ zavodlarına xam neft satışından maliyyə əldə etməsini önləyir. Bu da Maduroya təzyiqin artması deməkdir.

***Buna da bax: ABŞ Venesuelanın dövlət neft şirkətinə sanksiyalar elan edir

ROSNEFT AMİLİ

Maduro isə dövlət televiziyasında çıxışında deyib ki, sanksiyalara qarşı hüquqi addımlar atacaq.

Rusiyanın Rosneft dövlət neft şirkəti Venesuelada fəaliyyət göstərir, PDVSA-ya kreditlər ayırıb. Ötən ilin üçüncü rübünün sonunda şirkətin ona 3,1 milyard dollar borcu olduğunu bildirib.

Rosneftin fəaliyyəti Moskvanın Venesuela ilə münasibətlərində əsas elementdir.

Madurovun sələfi Hugo Chavez 20 il öncə hakimiyyətə gələndən bu ölkənin Vaşinqtonla münasibətləri gərgin olub, Rusiya isə Venesuelaya pullar axıdıb.

Guaido isə ABŞ-ın dövlət çevrilişi planlaşdırmasına dair Maduro və Moskvanın ittihamlarını rədd edib. O, Venesuela vətəndaşlarının öz konstitusion hüquqlarını gerçəkləşdirdiklərini deyir.

Ötən həftə Guaido minlərlə tərəfdarı qarşısında özünü Venesuelanın keçid dövrü prezidenti elan edib.

Onu 20-dən artıq ölkə tanıyıb. Onlar Maduronun ötən ilin mayında təkrar prezident seçilməsini qanunsuz sayırlar, onun ən güclü opponentlərinin seçkiyə buraxılmadığını deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG