Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Duman, çiskin gözlənir


Yağış

Yanvarın 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəzlənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi təxmin edilir. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG