Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:40

Regionlara xərclənən məbləğ açıqlanıb


İ.Əliyev

«Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində 24.2 milyard manat vəsait sərf olunub.

AZƏRTAC-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı belə deyib.

O habelə vurğulayıb ki, proqram çərçivəsində qeyri-neft sektorunda 8 faiz artım qeydə alınıb. «2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində isə 32 faiz artım olub», - deyə nazir əlavə edib.

Konfransda dövlət başçısı nitq söyləyib.

Sonra Neftçala Sənaye Məhəlləsində «Xəzər» avtomobil zavodunun direktoru Emin Axundov, bir sıra rayon icra hakimiyyəti başçıları və bəzi müəssisə rəhbərləri çıxış ediblər.

Bundan əvvəlki proqramlar çərçivəsində də regionlara böyük pullar xərcləndiyi vurğulanırdı. Amma bəzi ekspertlərə görə, vəsaitlərdən heç də səmərəli istifadə edilməyib, onların bir hissəsi korrupsiyanın yemi olub.

Prezidentin iştirakı ilə konfrans keçirilir

Bu gün, yanvarın 29-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev də konfransda iştirak edir.

Buna qədər isə Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramının icra edildiyi bildirilir. Birinci proqram 2004-2008, ikincisi isə 2009-2013-cü illəri əhatə edib.

Multimedia

XS
SM
MD
LG