Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:51

Sabiq baş prokurorun müavini 150 min manata görə məhkəmə qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsi

13 saylı vəkil bürosunda çalışan müdafiəçi Məmmədvəli Cəfərov özü hazırda məhkəmə önündə vəkillə müdafiə olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən vəkilə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

M.Cəfərov zərərçəkən Rəşad Yusifovdan 150 min manat pul alıb onu aldatmaqda suçlanır. İttihamda yazılıb ki, Rəşad Yusifovun atası Rəhman Yusifov həbsdə olub. İş Ali Məhkəməyə çatanda vəkil onlara deyib ki, 150 min manata məsələni həll etmək olar. Razılaşma belə olub ki, həmin məbləğ Ali Məhkəmədə işə baxan hakimlərə veriləcək. Son nəticədə nə Ali Məhkəmə Rəhman Yusifovun xeyrinə qərar verib, nə də pul geri qayıdıb. Bundan sonra R.Yusifov vəkildən hüquq-mühafizə orqanlarına şikayət edib.

Yanvarın 28-də məhkəmədə təqsirləndirilən vəkilin müdafiəçisi cinayət işinin materiallarıyla tanış olmadığını əsas gətirərək vaxt istəyib. Ona fevralın 1-nə qədər vaxt verilib.

M.Cəfərov vaxtilə Baş prokurorun müavini olub. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam- qətimkan tədbiri seçilib.

Ona ittiham verilən CM-nin 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər həbs nəzərdə tutulub.

Multimedia

XS
SM
MD
LG