Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Araq istehsalı artıb


Araq

Azərbaycanda alkoqollu içkilərin istehsalı sürətlə artır.

«Turan» agentliyi Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2018-ci ildə ölkədə təxminən 1.019 milyon dekalitr araq istehsal olunub. Bu da 2017-ci ilə nisbətən 85.5 faiz çoxdur.

Bu rəqəm Azərbaycan hökumətinin gözlədiyindən təxminən iki dəfə çoxdur. Ölkədə şərab və araq məhsullarının istehsalı, əsasən, özəl sektordadır və bu, sahə üzrə proqnozlaşdırmanı çətinləşdirir.

Azərbaycanda ötən il şərab, o cümlədən şampan şərabının da istehsalının artdığı qeyd edilir.

Verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda 287.515 milyon manatlıq spirtli və spirtsiz içki istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 12.2 faiz çoxdur.

Multimedia

XS
SM
MD
LG