Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Çinli insan haqları vəkili dörd ildən artıq həbsə məhkum edilib


Honq Konqda etirazçı Wang Quanzhang-ın şəklini qaldırır

Çində insan haqları vəkili Wang Quanzhang dörd ildən artıq həbs cəzasına məhkum edilib. Məlumatı Çinin şimalında bir məhkəmə verib.

Yanvarın 28-də açıqlanmış informasiyaya görə, Wang “dövləti devirmək cəhdində təqsirli bilinərək dörd il altı aylıq həbs cəzasına məhkum edilib, beş il müddətinə siyasi hüquqlarından məhrum olunub”.

42 yaşlı Wang 2015-ci ildə saxlanmış 200-dən çox vəkil və hüquq fəalından biridir. O zaman insan haqları fəalları və vəkillərə qarşı kampaniya güclənmişdi.

Fengrui hüquq firmasının üzvü olan Wang çoxsaylı həssas işləri aparıb, hakim Kommunist Partiyasının açıq tənqidçilərini təmsil edib.

Həyat yoldaşı Li Wenzu təhlükəsizlik xidmətlərinin onun ərinin məhkəməsində iştirakını əngəllədiyini bildirib. Li ərinin buraxılması üçün yorulmadan kampaniya aparırdı.

Dekabrın 26-da məhkəmə başlananda prosesdə ABŞ, İsveçrə, Britaniya, Almaniya səfirliklərinin diplomatları məhkəmə binasının qarşısında olublar. Onlar məhkəmədə iştirak etmək arzularını bildirsələr də, bundan imtina olunduğunu söyləyiblər.

XS
SM
MD
LG