Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Elman Rüstəmov inflasiya gözləntilərindən danışdı


Elman Rüstəmov. Mərkzi bankın rəhbəri.

Bu gün, yanvarın 26-da Mərkəzi Bankın İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclası keçirilib.

Bu barədə Mərkəzi Bank özü məlumat yayıb.

Məlumatda bildirilir ki, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov cıxış edib.
Verilən məlumata görə, O, əvvəlcə 2018-ci il üzrə bir sıra göstəricilərə toxunub. E.Rüstəmov deyib ki, 2018-ci ildə orta illik inflyasiya 2,3 faiz təşkil edib. Üstəlik, məzənnəsi sabit qalan manatla pul bazası 11,7 faiz artıb. “Mərkəzi Bank 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilib, uçot dərəcəsi mərhələlərlə 15 faizdən 9,75 faizə endirilib”, məlumata görə, çıxışda qeyd edilib.

E.Rüstəmov iclasa yekun vuraraq 2019-cu il üzrə məqsədlərdən də bəhs edib.

Qeyd edib ki, 2019-cu il və ortamüddətli dövr üzrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir.

“Bildirdi ki, 2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4 faiz (±2 faiz) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcəkdir”, Mərkəzi Bankın açıqlamasında yazılıb.

Multimedia

XS
SM
MD
LG