Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:45

Həbsdə olan sayt redaktorundan xəbər var


İkram Rəhimov

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanan "Realliq.info" saytının baş redaktoru İkram Rəhimovun aclıq aksiyası keçirdiyi bildirilir. Onun doğmaları “Turan” agentliyinə deyiblər ki, yanvarın 21-dən aclıq aksiyasına başladığını açıqlayan İ.Rəhimov ona qarşı irəli sürülən ittihamlara etiraz edir.

Yaxınlarının deməsinə görə, İ.Rəhimov aksiya barədə DTX rəhbərliyini də məlumatlandırıb. Amma bu deyilənləri, hələlik, nə DTX, nə də başqa rəsmi qurumlardan dəqiqləşdirmək, onların münasibətini öyrənmək mümkün olub.

İkram Rəhimovu ötən ilin oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs qəti imkan tədbirç seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə, izlənildiyini və təqib edildiyini bildirib.Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu.

“İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib”, məlumatda qeyd edilirdi.

İkram Rəhimov 2016-cı ildə böhtana görə, 1 il azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Multimedia

XS
SM
MD
LG