Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:26

İran Asiya Kubokunda yarımfinala keçir


İran futbolçuları

İran Asiya Kubokunun yarımfinal mərhələsinə keçid alıb. O, yanvarın 24-də Əbu Dabidə keçirilən qarşılaşmada Çini 3-0 hesabıyla məğlub edib.

İran 2004-cü ildən bəri ilk dəfədir ki, qitə çempionatının yarımfinalına düşür.

Yanvarın 28-də keçiriləcək yarımfinal mərhələsində İran dördqat çempion Yaponiyayla qarşılaşacaq. Yaponiya yanvarın 24-də dörddə-bir mərhələsində Vyetnamı məğlub edib.

İran yığmasının məşqçisi Carlos Queiroz son 43 ildə ilk dəfə olaraq bu komandanın Asiya kubokunu əldə etməsinə çalışır.

Yanvarın 25-də dördə-bir mərhələsində daha iki oyun oynanılacaq.

Cənubi Koreya Qətər, Birləşmiş Ərəb Əmirlikləri isə Avstraliya ilə qarşı-qarşıya gələcək.

XS
SM
MD
LG