Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:22

Taliban yeni siyasi lider təyin edir


Əfqanıstan təhlükəsizlik işçiləri

Əfqanıstan Talibanının qurucularından biri, ötən il Pakistanda həbsdən buraxılmış şəxs silahlı qruplaşmanın Qətərdəki siyasi ofisinin lideri təyin olunub.

Bu arada Birləşmiş Ştatlarla danışıqlar da vüsət alır.

Taliban yanvarın 24-də yaydığı bəyanatda Mullah Abdul Ghani Baradar-ın təyinatını elan edib, bu addımın “Birləşmiş Ştatlarla gedən danışıqlar prosesini gücləndirmək və düzgün idarə etmək” məqsədi güddüyünü deyib.

Ötən oktyabrda Pakistanda həbsxanadan buraxılmış Baradar siyasi komandaya rəhbərlik etmək və qərar vermək səlahiyyəti verilib. O həm də Taliban lideri Mullah Haibatullah Akhundzada-nın üçüncü müavini olacaq.

Birləşmiş Ştatlar yanvarın 22-də Qətərdə yaraqlılarla danışıqları bərpa etdiyini, xüsusi elçi Zalmay Khalilzad-ın Taliban təmsilçiləri ilə görüşdüyünü bəyan edib.

Danışıqların dördüncü günü yanvarın 24-də bitib, bu gün davam edib-etməyəcəyi, yaxud Baradar-ın danışıqlara nə vaxt qoşulacağı bəlli deyil.

XS
SM
MD
LG