Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Rusiya Sudanda ‘özəl təhlükəsizlik şirkətləri’nin olduğunu təsdiqləyir


Sudanda nümayişlər, dekabr, 2018-ci il
Sudanda nümayişlər, dekabr, 2018-ci il

Rusiyanın Xarici İşlər Nazirliyi Sudan ordusuna özəl Rusiya şirkətlərinin təlim keçdiyini bildirir. Beləliklə, Moskva müxalifət qüvvələrinin kütləvi nümayişlər keçirdiyi bu Afrika ölkəsində mövcudluğunu təsdiqləyib.

Nazirliyin sözçüsü Maria Zakharova yanvarın 23-də deyib ki, “bizdə olan məlumata görə, Rusiyanın dövlət qurumları ilə əlaqəsi olmayan özəl təhlükəsizlik şirkətləri Sudanda çalışır”.

Britaniya mətbuatı bu günlərdə iddia etmişdi ki, Rusiya muzdluları Sudan hakimiyyətinin etirazçıları əzməsinə kömək edir.

Amma Zakharova mətbuatın yazdıqlarını təkzib edib, deyib ki, özəl təhlükəsizlik firmalarının “işi Sudan Respublikasının ordusuna və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təlim keçməkdən ibarətdir”.

Sudan Moskvanın yaxın müttəfiqidir.

Sudanda dekabrın 19-dan gündəlik etirazlar keçirilir. İlkin olaraq yanacağın və istehlak mallarının qıtlığına etiraz edənlər indi Prezident Omar al-Bashir-in 30 illik hakimiyyətinə son qoymağa çağırırlar.

Omar al-Bashir Səudiyyə Ərəbistanıyla birgə təlimləri izləyir, arxiv fotosu
Omar al-Bashir Səudiyyə Ərəbistanıyla birgə təlimləri izləyir, arxiv fotosu

“JURNALİSTLƏRƏ DİVAN TUTULUR”

Britaniyanın “Guardian” qəzeti yanvarın 23-də yazıb ki, Bashir hökuməti etirazları işıqlandıran jurnalistlərə divan tutur, beş jurnalist saxlanıb, onlarla digərləri saxlanıb, sonradan buraxılıb.

Bashir 1989-cu ildə dövlət çevrilişi ilə hakimiyyətə gəlib.

“Reuters” agentliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin statistikasına istinadla yazır ki, 2017-ci ilin sonunda Sudana gedən Rusiya vətəndaşlarının sayında kəskin artım müşahidə olunub.

Həmin ilin son üç ayı ərzində Sudana 200-dək rusiyalının getdiyi bildirilir.

Sudanın neft naziri Azhari Abdel Qader yanvarın 23-də deyib ki, ölkə Birləşmiş Ərəb Əmirliklərindən iqtisadi yardım alıb, Rusiya və Türkiyə isə ona yardım təklif edib.

O, 41 milyon əhalisi olan ölkənin Rusiya və Türkiyədən yardım təkliflərini qəbul edib-etməyəciyini deməyib.

İndiyədək Rusiya muzdlularının digər ölkələrdə, məsələn, Suriyada da fəaliyyət göstərməsi barədə məlumatlar yayılıb. Onların Suriya Prezidenti Bashar al-Assad-a dəstək verdiyi vurğulanır. İnsan haqları qrupları onlarla muzdlunun ABŞ qüvvələri ilə toqquşmalarda öldürüldüyünü bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG