Keçid linkləri

Təcili xəbərlər
2019, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Hərbi bazaya hücumu planlaşdırmış Taliban komandiri öldürülüb


Yanvarın 21-də törədilmiş hücumdan sonra

Əfqanıstanın baş kəşfiyyat agentliyi bu həftə əfqan hərbi bazasına hücumu planlaşdırmış Taliban komandirinin öldürüldüyünü bildirir. Həmin hücum zamanı onlarla hərbçi öldürülüb.

Milli Təhlükəsizlik Direktorluğu (NDS) bildirib ki, Noman adıyla tanınan komandir yanvarın 22-də axşam keçirilmiş hava reydi zamanı qətlə yetirilib.

“Noman daha yeddi nəfərlə birlikdə NDS qüvvələri tərəfindən aşkarlanaraq öldürülüb”, – agentlik yanvarın 23-də yaydığı bəyanatda bildirib.

Qurum terrorçu qruplaşmanı izləyəcəyini, “hamısını öldürəcəyini” deyir.

Taliban rəsmiləri, hələlik, komandirin öldürülməsi məlumatlarını şərh etməyiblər.

Agentlik Talibanın hücumu zamanı 36 nəfərin öldürüldüyünü, 58-nin yaralandığını deyirdi. Digər hökumət və təhlükəsizlik mənbələri isə ölü sayının azı 72 olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG