Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

Təyyarəni qaçırmaq cəhdində şübhəli bilinən şəxs saxlanıb


Rusiya İstintaq Komitəsinin əməkdaşları Xantı-Maniysk aeroportuna daxil olur
Rusiya İstintaq Komitəsinin əməkdaşları Xantı-Maniysk aeroportuna daxil olur

Aeroflot-un daxili reyslə uçan təyyarəsini qaçırmaq və onu Əfqanıstana səmtləndirməyə çalışmaqda şübhəli bilənən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.

Bu barədə məlumatı Rusiya İstintaq Komitəsi verib. Komitənin sözçüsü Svetlana Petrenko deyib ki,şübhəli şəxs, yanvarın 22-də Sibirdəki Surqut şəhərindən Moskvaya uçan təyyarə təcili qaydada Xantı-Mansiysk aeroportunda endikdən sonra saxlanıb:

"Hazırda bu şəxs saxlanıb. Onun şəxsiyyəti müəyyənləşdirilib. O əvvəllər mülkiyyətə ziyan vurmaq ittihamı ilə məhkum olmuş Surqut sakinidir”.

Petrenko deyib ki, saxlanmış şəxs barəsində təyyarənin qaçırılması və zorakılıqla hədələmə ittihamı üzrə təhqiqata başlanıb.

Bəyanatda bu da deyilir ki, sözü gedən sərnişin sərxoş olub, silahlı olduğunu iddia edib və təyyarənin pilot kabinəsinə girməyə cəhd göstərib.

Petrenko saxlanmanın təfərrüatlarını bildirməyib, lakin Rusiya mediasında maskalı hüquq-mühafizə qüvvələrinin sərnişini təyyarə salonunda həbs etməsini göstərən video yayılıb:

***

Son məlumatlara görə, sərnişin saxlanmayıb, digər sərnişinlərlə birlikdə təyyarədədir.

Təyyarə aeroporta fövqəladə eniş edəndən sonra həmin sərnişinin də saxlandığı bildirilirdi.

Amma Milli Antiterror Komitəsi daha sonra bunun həqiqət olmadığını, şübhəlinin digər sərnişinlərlə birlikdə hələ də Boeing 737-də olduğunu deyib.

***

Rusiya mediası saxlanan sərnişinin üzərində silah olmadığını, 41 yaşında olduğunu yazır. Xəsarət alan olmayıb.

REN TV-nin bildirməsinə görə, o, əvvəllər oğurluq, narkotik ittihamları ilə məhkum edilib.

Aeroflot SU1515 reysində 69 sərnişin, yeddi heyət üzvü olub.

Xantı-Mansiyskdə fövqəladə enişin aeroportun işinə mənfi təsir göstərmədiyi vurğulanır.

***

Aeroflotun təyyarəsinin Əfqanıstana uçmasını tələb edən sərnişin saxlanıb. Sibirin Surqut şəhərindən Moskvaya uçan təyyarə Xantı-Mansiyskdə fövqəladə eniş edəndən sonra sərnişin saxlanıb.

Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbə Interfax agentliyinə verib.

Agentlik bundan öncə xəbər yaymışdı ki, Aeroflot-la uçan sərnişin təyyarənin Əfqanıstana getməsini tələb edib.

Məlumat yanvarın 22-də aviasiya sənayesindəki adı çəkilməyən mənbəyə istinadla yayılmışdı, onu müstəqil təsdiqləmək mümkün olmamışdı.

Təyyarə uçuşlarını izləyən vebsayt Surqutdan Moskvaya doğru uçan təyyarənin dönərək tamamilə əks tərəfə getdiyini göstərib. Təyyarə sonradan Surqutdan qərbdə yerləşən Xantı-Mansiysk şəhərinə enib.

Keçmiş oliqarx Mikhail Khodorkovsky-yə bağlı MBK Media xəbər təşkilatı isə Aeroflot-un mətbuat xidmətinin məsələni şərh etmədiyini, Milli Antiterror Komitəsinə müraciət etməyi məsləhət görüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG