Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 06:11

Taliban hücumunda 65 əsgərin öldürüldüyü bildirilir


Hadisə yeri

Kabilin qərbində Əfqanıstan hərbi bazasına Taliban hücumunda təhlükəsizlik qüvvələrinin 65 üzvü qətlə yetirilib. Taliban yaraqlıları Maydan Şahrdakı bazaya hücumu yanvarın 21-də həyata keçirib.

Hücum bir intiharçının partlayıcılar dolu maşını partlatmasıyla başlanıb. Üç yaraqlı bazaya soxulub və təhlükəsizlik qüvvələri ilə döyüş başlanıb.

Rəsmilər hər üç yaraqlının öldürüldüyünü bildirir.

Həmin bazada Əfqanıstanın əsas kəşfiyyat agentliyinin təlim mərkəzi yerləşirmiş. Bunu Müdafiə Nazirliyinin adı çəkilməyən rəsmisi deyib. Həmin rəsmi hücum zamanı 126 nəfərin qətlə yetirildiyini vurğulayıb.

Taliban sözçüsü Zabihullah Mujahid qruplaşmanın bu hücuma görə məsuliyyəti götürdüyünü deyib.

Əfqanıstanda zorakılıqların artdığı bir dönəmdə Birləşmiş Ştatlar 17 illik müharibəyə son qoymaqdan ötrü danışıqları sürətləndirməyə çalışır. Ancaq Taliban Əfqanıstan rəsmiləri ilə birbaşa danışıqlardan imtina etdiyindən hələlik, bu yöndə ciddi irəliləyiş yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG